Azərbaycan Kubokunda 1/8 finala yüksələn növbəti komandanın adı bəlli olub.
Metbuat.az xəbər verir ki, II təsnifat mərhələsində üz-üzə gələn "Dinamo" və "Səbail" kollektivlərinin görüşündə "dənizçilər" 7:0 hesabı ilə qalib gəliblər.
Bu qələbə sayəsində Şahin Diniyevin baş məşqçisi olduğu kollektiv 1/8 finala vəsiqə qazanıb.
"Səbail" növbəti mərhələdə sabah keçiriləcək “Qaradağ Lökbatan” – “Karvan” cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun II təsnifat mərhələsinin əvvəlki oyunlarında "Turan Tovuz" “Hypers Guba”nı 7:2, MOİK "Şimal"ı 3:1, "Araz-Naxçıvan" "Şahdağ Qusar"ı 4:0, "Kəpəz" isə "Ağdaş"ı 6:0 hesabı ilə məğlub edib.