20 Yanvar şəhidlərinin əziz xatirəsi Azərbaycan Turizm və Menecment Universitetində də anılıb

20 Yanvar şəhidlərinin əziz xatirəsi Azərbaycan Turizm və Menecment Universitetində də anılıb
21:48 19 Yanvar 2015
84 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Yanvarın 19-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Universitetdən AzərTAc-a bildirilib ki, tədbirdə ATMU-nun rektoru, professor Cəfər Cəfərov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şanlı səhifələrindən olan 20 Yanvar hadisələrinin mahiyyətindən danışıb.
Rektor həmin gecə Azərbaycan xalqına qarşı törədilən dəhşətli faciənin bəşər tarixində ən ağır cinayətlərdən biri kimi qalacağını xüsusi vurğulayıb. Tarixi unutmağa mənəvi haqqımız olmadığını xatırladan rektor tarixin dərslərindən ibrət götürməyi tövsiyə edib.
ATMU-nun kafedra müdiri İbrahim Əliyev, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı və başqaları 20 Yanvar faciəsinin səbəbləri və ağır nəticələri barədə danışıb, hadisəyə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən söz açıblar.
Tədbirdə 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyinə əminlik ifadə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_sehidlerinin_eziz_xatiresi_Azerbaycan_Turizm_ve_Menecment_Universitetinde_de_anilib-825955

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR