Bakı, 8 iyun, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da növbəti SAT imtahanı keçirib. İmtahan saat 08:30-da başlanıb və 3 saat 45 dəqiqə davam edib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahanda iştirakçılara normal imtahan şəraiti yaradılıb və proses təlimata uyğun aparılıb.
Nəticələr iyunun 25-də imtahan verənlərin “College Board”un internet səhifəsindəki şəxsi hesabında açıqlanacaq.
Növbəti SAT imtahanlarına qeydiyyat iyunun 12-dən başlanacaq. Onlayn qeydiyyatdan keçmək üçün ətraflı məlumat http://tqdk.gov.az/en/international-partnerships/sat/ linkində verilib.
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~FDQgV.