XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım - FOTO

Azərbaycanın Xarici İşlər Nazirliyi “X”dəki hesabında Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, paylaşımda deyilr:

“Qardaş Türkiyə Respublikasının banisi, Türk millətinin dahi oğlu, vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandırmış qazi Mustafa Kamal Atatürkün vəfat etməsindən 86 il ötür. Bu ağır gündə, dahi Mustafa Kamal Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı