​Hansi Flik “Barselona”da qalmaq üçün şərt irəli sürdü

Hansi Flik “Barselona”da qalmaq üçün razılıq verib.

Metbuat.az xəbər verir ki, bununla belə, alman çalışdırıcı klubla yeni müqavilə imzalamaq üçün bir neçə şərt irəli sürüb. “Sport”un məlumatına görə, Flik heyətə yeni futbolçular cəlb etmək istəyir. Həmçinin Flik klubdan ayrılacağı irəli sürülən bəzi futbolçuların klubda qalmasını istəyir. Alman məşqçi Rafinya və Jül Koundenin də klubdan ayrılmasını istəmir. Bildirilir ki, klub məşqçi ilə yeni müqavilə imzalamaq üçün danışıqları davam etdirir.

Qeyd edək ki, Hansi Flik mövsümün əvvəlində "Barselona"nın baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi 2026-cı ildə yekunlaşır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı