Raufla birgə daha 2 nəfər zəhərlənibmiş

Bakıda üç nəfər qazdan zəhərlənib.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 23 yaşlı Rauf Vəli oğlu Qədimov, 21 yaşlı Məmmədrəhim Ağasi oğlu Minayətov və 20 yaşlı Elmir Ümid oğlu Səlimov yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər üçü Respublika Toksikologiya Mərkəzinə aparılsa da, R.Qədimov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, həyatını itirən Rauf Qədimov (Rauf Ra) şair olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı