Leyla Əliyeva balıq körpələrinin suya buraxılışında iştirak etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "LU-MUN Holding" şirkətinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan balıq körpələrinin suya buraxılışında iştirak edib.

Metbuat.az xəbər verir ki, Yaşıl Zonada onlayn yayımlanan aksiya çərçivəsində 50 min nərə və Xəzər qızılbalığı körpəsi suya buraxılıb. Aksiya Neftçalanın Yenikənd kəndində baş tutub.

Qeyd edək ki, sözügedən tədbir endemik balıq növlərinin biomüxtəlifliyinin qorunmasına töhfə vermək məqsədilə həyata keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı