Fərid Qayıbov COP9-un Büro İclasında iştirak etdi - FOTO

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidenti olaraq Estoniyaya səfər edib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən COP9-un Büro İclasında iştirak edib.

Konfransda dopinqə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, effektiv strategiyaların tətbiqi və ölkələr arasında təcrübə mübadiləsinin təşviqi kimi mühüm məsələlər müzakirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR