Telefonunuza gələn bu mesajı açmayın - DİN-dən çağırış

Kibercinayətkarlar bu dəfə vətəndaşlara toy dəvətnamələri göndərərək tora salırlar...

Metbuat.az xəbər verir ki, belə ki, son dövrlər vhatsApp vasitəsilə "toy dəvətnamələri"nin göndərilməsi adi hala çevrilib. Bundan istifadə edən hakerlər xüsusi dəvətnamələr ilə dəlduzluq etməyə başlayıblar.

Vətəndaşlara əvvəlcə sadə bir fayl əlavəsi toy dəvətnaməsi kimi göndərilir. Onu yüklədiyiniz zaman telefonunuza zərərli proqram quraşdırılır və siz hakerlərə uzaqdan giriş icazəsini vermiş olursunuz. Bu o deməkdir ki, artıq faylı açdıqdan sonra bütün məlumatlarınız oğurlanmış olur.

Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov "Xəzər Xəbər"ə müsahibəsində vətəndaşları bu kimi hallardan qorunmaq üçün diqqətli olmağa çağırıb.

Daha ətraflı videomaterialda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı