20 Yanvar faciəsi müstəqilliyimizin qazanılması yolunda ən şərəfli tarixi hadisədir

20 Yanvar faciəsi müstəqilliyimizin qazanılması yolunda ən şərəfli tarixi hadisədir
22:08 19 Yanvar 2015
159 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Universitetdən AzərTAc-a bildirilib ki, əvvəlcə ADMİU–nun müəllim və tələbələri Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla anıblar.
ADMİU-da davam etdirilən tədbirdə bu ali təhsil ocağının rektoru, professor Fərəh Əliyeva tariximizin qanlı və şanlı səhifəsi olan 20 Yanvar günündən, bu günün Azərbaycan tarixindəki önəmli yerindən danışıb. Şəhidlərin xatirəsinin əbədiləşməsinin vacibliyini vurğulayan rektor universitetin şəhid olmuş məzunlarına guşə yaradılması və sənədli filmin çəkilməsi ilə bağlı iş aparıldığını qeyd edib.
Professorlar Nizaməddin Şəmsizadə, Aqşin Babayev, dosent Xaləddin Sofiyev, dosent, əməkdar artist Ağalar Bayramov və başqaları tarixə nəzər salaraq qeyd ediblər ki, Qanlı Yanvar faciəsi tariximizin önəmli səhifələrindən olmaqla yanaşı, müstəqilliyimizin qazanılması yolunda ən şərəfli tarixi hadisədir.
Tədbirdə ADMİU-nun məzunu olmuş şəhid Azər Ələkbərovun tanınmış xalq rəssamı Mikayıl Abdullayev tərəfindən çəkilmiş portreti və şəhidə həsr olunmuş slayd nümayiş etdirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesi_musteqilliyimizin_qazanilmasi_yolunda_en_serefli_tarixi_hadisedir-825960

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR