Ərdoğan Türkiyənin Suriya barədə mövqeyini açıqladı

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Monteneqro prezidenti Jakov Milatoviç ilə bir araya gəlib.

Metbuat.az xəbər verir ki, görüşdən sonra tərəflər mətbuat konfransı keçirib. Regional məsələlərdən danışan Ərdoğan çıxışında bildirib ki, Türkiyə Suriyada olan hadisələrlə bağlı üzərinə düşəni həyata keçirməyə hazırdır. Ərdoğanın sözlərinə görə, Türkiyə milli təhlükəsizlik prioritetləri çərçivəsində prosesləri yaxından izləyir və lazımi tədbirləri həyata keçirir. Türkiyə Prezidenti bəyan edib ki, Ankara Suriya xalqının haqlı tələblərinə uyğun olaraq Suriyanın ərazi bütövlüyünü dəstəkləyir.

Qeyd edək ki, Suriyada Suriya Milli Ordusu və rejim əleyhinə olan qruplar orduyla qarşıdurmalara başlayıb. Bir sıra ərazilər Suriya ordusunda alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR