Nəcibə İbadovaya Laçında vəzifə verildi - FOTO

Laçın Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub.

Metbuat.az-ın məlumatına görə, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə İbadova Nəcibə Akif qızı bu vəzifəyə gətirilib.

Xəstəxanasının direktoru Orxan Cəbrayılov Nəcibə İbadovanı kollektivə təqdim edib.

Qeyd edək ki, Nəcibə İbadova bu vəzifəyə təyinatadək Bakı şəhəri 39 saylı poliklinikanın Uşaq şöbəsinin müdiri vəzifəsində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı