Ali Məhkəmənin hakimi təqaüdə göndərildi - FOTO

Dekabrın 16-da Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Mehparə Əhmədova təqaüdə yola salınıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı Ali Məhkəmə məlumat yayıb.

Bu münasibətilə keçirilən tədbirdə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Mehparə Əhmədovanın hakimlik fəaliyyətinə 2000-ci ildən başladığını, 2010-cu ildən isə Ali Məhkəmədə fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Sonda Mehparə Əhmədovaya Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR