Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Elmira Tariverdiyeva/

"Rossiya 24" telekanalında Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəl estafetinə həsr olunmuş süjet yayımlanıb.

Süjetdə I Avropa Oyunları ərəfəsində Bakı, həmçinin paytaxt sakinləri ilə müsahibələr nümayiş etdirilib: “İlk Avropa Oyunlarının məşəl estafeti paytaxtda – küləklər şəhəri Bakıda – məşhur bulvarda başlayıb. Məşəl katerlə gətirilib və Azərbaycan paytaxtında məşəli ilk daşıyan Prezident İlham Əliyev olub”.

Süjetdə bildirilir ki, minlərlə azərbaycanlı və qonaq məşəl estafetinin iştirakçılarını gurultulu alqışlarla qarşılayıb: “Bakının küçələri və meydanları nəhəng bayram səhnələrinə çevrilib, bundan başqa, tədbirin özü teatrlaşdırılmış tamaşa kimi keçib”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az