Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qəbələdə tədbir keçirildi - FOTO

Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində Gənclər Mərkəzi İctimai Birliyi “Qərbi Azərbaycan manifesti Gəncliyin gözü ilə” adlı layihə həyata keçirir.

Qəbələ rayonunda, Qəbələ Peşə Təhsil Mərkəzinin konfrans zalında keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə bildirib ki: “Layihənin müddəti 3 aydır. Əsas məqsədi Qərbi Azərbaycanla bağlı həqiqətləri, tarixi şəxsiyyətləri, qədim mədəni irs abidələri və hüquqi faktları sənədli film, bukletlər, kitabçalar, tədbirlərin keçirilməsi və xüsusi geyimlər vasitəsilə daha çox böyük kütləyə çatdırmaq, eyni zamanda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında qeyd olunduğu kimi, bu prosesdə ictimai rolun artırılması, gənclərin prosesdə aktiv iştirakını təmin etməkdən ibarətdir.”

Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun aparıcı məsləhətçisi Osmanov Elçin və Qəbələ Peşə Təhsil Mərkəzin tərbiyə işləri üzrə direktor müavini Məmmədova Reyhan Gənclər Mərkəzi İctimai Birlinin layihəsinin əhəmiyyətindən, Qərbi Azərbaycanın tarixi, mədəni irsi, tarixi şəxsiyyətləri, hüquqi sənədləri, müxtəlif illərdə həyata keçirilən deportasiya və bu müddət ərzində vətəndaşlarımızın doğma yurd-yuvasına qayıtmasını şərtləndirən məsələlərdə ictimai rolun artırılması barədə fikirlərini bildirdilər.

Tədbirdə layihə çərçivəsində hazırlanan sənədli film nümayiş olundu, bukletlər, dəftərxana ləvazimatları və geyim dəsti paylandı. Tədbirdə Qəbələ Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Məmmədova Reyhana “Gənclərin dostu” mükafatı və iştirakçılara sertifikatlar təqdim edildi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı