​ABŞ-da Dövlət Departamentinə qarşı iddia qaldırıldı

ABŞ-da "Leahy aktı"nı pozaraq İsrailə dəstək verdiyi iddia edilən Dövlət Departamentinə qarşı iddia qaldırılıb.

Metbuat.az xəbər verir ki, "Leahy Aktı" insan hüquqlarının pozan ölkələrə yardım göstərməyi qadağan edir. Bildirilir ki, ABŞ mərkəzli Ərəb Dünyası üçün İndi Demokratiya təşkilatının açıqlamasına görə, iddia Fələstin əsilli amerikalıların dəstəyi ilə onlar tərəfindən irəli sürülüb. Bəyanatda deyilir ki, İsrail işgəncə, mülki şəxslərə qarşı qəsdən hücumlar təşkil etmək kimi insan haqları pozuntuları həyata keçirib. Açıqlamaya görə, "Leahy aktı"nın bütün ölkələrə bərabər şəkildə tətbiq edilməsi məcburidir. ABŞ Dövlət Departamentinin isə qanuna əməl etmədiyi irəli sürülür. Bundan əlavə, bəyanatda İsrailin soyqırım, mülki əhalinin öldürülməsi, qida, su kimi əsas ehtiyaclardan məhrum edilməsi kimi cinayətlər törətdiyi qeyd edilib.

Qeyd edək ki, 1997-ci ildə ABŞ-da qəbul edilən "Leahy aktı" ABŞ-ın insan hüquqlarının pozulmasında iştirak edən xarici qüvvələrə yardım göstərilməsini qadağan edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı