"Mançester Siti"nin belçikalı ulduzu Kevin De Bruyne İngiltərə klubundakı karyerasını başa vurmaq üzrədir.
Metbuat.az xəbər verir ki, futbolçunun klubla müqaviləsi mövsümün sonunda yekunlaşır. Məlumata görə, adı “Fənərbaxça” ilə də hallanan futbolçu seçimini edib. “The Athletic”in məlumatına görə, De Bruyne ABŞ-nin “San Dieqo” klubu ilə danışıqlar aparır. Danışıqların məhsuldar olduğu, tərəflərin razılaşmaq üzrə olduğu deyilir. Bildirilir ki, De Bruynenin transferində maliyyə problemi olmasa da, MLS-in xüsusi maaş və büdcə qaydaları danışıqları çətinləşdirir. Liqa qaydalarına görə, klublar təkcə oyunçuya yüksək maaş ödəməli deyil, həm də bütün komandanın maaş büdcəsini müəyyən limitlər daxilində saxlamalıdırlar.
Məlumata görə, “San Dieqo” klubu meksikalı futbolçu Hirvinq Lozanonun transferini artıq yekunlaşdırıb. Klub azarkeşlərin diqqətini cəlb edəcək tanınmış futbolçularla danışıqlar aparır.