Bələdiyyə seçkilərində 16 min 128 nəfərin namizədliyi qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, namizədlər 23 siyasi partiyanı təmsil edirlər.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.