​Ukrayna və Moldova liderləri Azərbaycan qazından danışdılar

Azərbaycan kifayət qədər böyük qaz həcminə malikdir. Hansı ki, bu, Ukraynaya, Moldovaya, Slovakiya və digər ölkələrə də bəs edər.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 25-də Kiyevdə Moldova Prezidenti Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Bu yaxınlarda bu barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə də danışdıq. Ölkənin Ukrayna da daxil olmaqla, digər ölkələrə ixrac oluna biləcək böyük qaz həcmləri var. Oradan tədarük marşrutları da mövcuddur. Siyasi iradə də var. Şərqi Avropa ölkələri buna hazırdır", - deyə o vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı