"Qalatasaray" ulduz futbolçu üçün təklif göndərdi

"Qalatasaray" klubu ingiltərəli futbolçu Kayl Uoker-Piters üçün “Sauthempton”a 6 milyon avro təklif edib.

Metbuat.az xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb. İngiltərə təmsilçisi 27 yaşlı müdafiəçiyə görə 8 milyon avro istəyir. Tərəflər arasındakı danışıqların davam etdiyi bildirilib.

Qeyd edək ki, Kayl Uoker-Piters 2020-ci ildən “Sauthempton”un formasını geyinir. O, İngiltərə millisinin heyətində iki matça çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı