Yüksək vəzifə verilən Rüfət Mahmud kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Sərəncamı ilə Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

Metbuat.az xəbər verir ki, Rüfət Mahmud bu təyinatadək SOCAR-ın Rusiyada törəmə müəssisəsi olan “Socar Rus” MMC-nin rəhbəri olub.

O, 2019-2022-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) direktorlar şurasının sədri vəzifələrində çalışıb. Həmçinin Dünya Bankı və İqtisadiyyat Nazirliyində bir sıra vəzifələrdə işləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı