Almaniya prezidenti Ermənistana səfər etdi

Almaniya prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender regional səfər çərçivəsində dünən axşam saatlarında Ermənistana gediblər.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, onları Zvartnots hava limanında Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan qarşılayıb.

    Ştaynmayerin Ermənistanda ER prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşünün planlaşdırıldığı bildirilib.

    Qeyd edək ki, bir müddət əvvəl Almaniya prezidentinin mətbuat xidməti Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin 30 mart - 2 aprel tarixlərində Ermənistan və Azərbaycana səfər edəcəyi ilə bağlı məlumat yayıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı