"Aston Villa" səfərdə qalib gəldi - Çempionlar Liqası

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Belçikanın "Brügge" komandası evdə İngiltərənin "Aston Villa" klubunu qəbul edib.

Metbuat.az xəbər verir ki, matç qonaqların qələbəsi ilə başa çatıb - 1:3.

Qarşılaşmanın 3-cü dəqiqəsində Beyli "Aston Villa"nı hesabda irəli çıxarıb. 12-ci dəqiqədə De Keyper topu rəqib qapısından keçirərək ev sahiblərini ümidləndirsə də, qonaqlar daha iki dəfə fərqlənərək - 83-cü dəqiqədə Mexele (öz qapısına), 88-ci dəqiqədə Asensio (penalti ilə) - qalib gəliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı