Ramil Səfərov yol polisinin reydində - fotolar

Ramil Səfərov yol polisinin reydində - fotolar
01:36 20 Yanvar 2015
188 Şou
Ölkə mətbuatı
A- A+

Yanvarın 16-da gecə saatlarında Bakı şəhərində keçirilən reyd zamanı maraqlı anlar yaşanıb.

Axşam.az-ın Avtosfer.az-a istinadən verdiyi məlumata görə, Ələsgər Ələkbərov küçəsində keçirilən reyd zamanı Silahlı Qüvvələrin zabiti Ramil Səfərov yol polislərinə yaxınlaşaraq söhbət edib. Polislərin işinin ağır olduğunu deyən zabitimiz onlara bu çətin peşələrində uğurlar arzulayıb. Yol polisləri Ramil Səfərovla səmimi söhbət edərək onun qəhrəmanlığından danışıblar. Ramil Səfərov isə bildirib ki, hər bir azərbaycanlı vətənin, dövlətin keşiyində dayanmalıdır. Zabitimiz gecələr Bakıda avtoxuliqanlıq edərək insanları narahat edən, ağır qəzalara səbəb olan sürücülərin hərəkətlərindən təəssüfləndiyini, onların əməllərini qınadığını bildirib. Ramil Səfərov belə sürücülərin daha faydalı işlərlə məşğul ola biləcəyini qeyd edib. Zabitimizin yol polislərinin intizamsız sürücülərlə mübarizə işini dəstəklədiyini bildirib.

Xatırladaq ki, Ramil Səfərov Macarıstanda NATO tədbiri zamanı erməni zabitini qətlə yetirdiyi üçün ömürlük həbs cəzası almışdı. 8 illik həbsxana həyatından sonra Azərbaycan dövləti onu azad edib. Prezident İlham Əliyev isə Ramil Səfərov Vətənə qayıdan kimi onu əfv edib.




 

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR