Uçqunda xəsarət alan şəxsin son vəziyyəti açıqlandı

15.03.2025-ci il tarixində saat 11:30 radələrində 1990-cı il təvəllüdlü şəxs (qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, qasıx sümüyünün sınığı, baş-beyin silkələnməsi, döş qəfəsinin küt travması diaqnozları təyin edilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, bu gün səhər saatlarında Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanı uçub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı