"Fənərbaxça" rəhbərliyi Joze Mourinyonun klubdakı karyerası ilə bağlı qərar verib.
Metbuat.az xəbər verir ki, lider “Qalatasaray”dan xeyli geri qalan “Fənərbaxça” məşqçisini göndərmək istəmir. "Sabah" qəzetinin məlumatına görə, klub Mourinyo ilə davam etmək istəyir. Xəbərdə deyilir ki, təkcə klub prezidenti Ali Koç deyil, rəhbər şəxslərin əksəriyyəti Mourinyonun qalmasını dəstəkləyib. Müqavilənin uzadılması irəli sürülməsə də, “Fənərbaxça”nın yeni mövsümdə heyətini yeni futbolçularla daha yaxşı səviyyəyə çatdırmağı hədəflədiyi bildirilib.
Qeyd edək ki, Joze Mourinyonun "Fənərbaxça" ilə müqaviləsi gələn mövsümün sonunda yekunlaşır. "Fənərbaxça" “Samsunspor”la 0-0 hesablı heç-heçədən sonra 1 oyun çox keçirən lider “Qalatasaray”dan 9 xal geri qalıb.