“Real Madrid” yeni mövsüm üçün transfer işlərini davam etdirir.
Metbuat.az xəbər verir ki, “Real” "Liverpul"dan Trent Alexander-Arnoldla yanaşı daha bir müdafiəçi transfer etmək istəyir. “Caught Offside”də dərc edilən xəbərə görə, “Real” "Bornmut"un gənc futbolçusu Din Huijseni transfet etmək üçün hərəkətə keçib. İspaniya klubunun fiziki baxımdan hündür olan futbolçu üçün iddialı təklif irəli sürdüyü deyilir. Xəbərdə deyilir ki, "Bornmut" futbolçu üçün 50 milyon avro tələb etsə də, “Real” 35 milyon avro təklif edib.
Bu mövsüm 27 matçda forma geyinən ispan futbolçu 2 dəfə fərqlənib.