Gürcüstanda 9 aprel və 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin bərpadan sonra açılışı olub

Gürcüstanda 9 aprel və 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin bərpadan sonra açılışı olub
02:07 20 Yanvar 2015
234 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 02:02 ]

Gürcüstan. Nizami Məmmədzadə-APA. Yanvarın 19-da Saqarecoda (Qaraçöp bölgəsi) azərbaycanlıların kompakt yaşadığı Yor-Muğanlı kəndində 9 aprel və 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin bərpadan sonra açılışı olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, abidənin açılışında Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın hökumət üzvləri, Saqareco rayon icra hakimiyyətinin rəhbərliyi, ARDNŞ nümayəndələri,  gürcü və azərbaycanlı ziyalılar, tələbələr və kənd sakinləri iştirak ediblər.

 

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və ARDNŞ-in Gürcüstan nümayəndəliyinin maliyyə dəstəyi ilə inşa edilən abidənin açılışında çıxış edən Azərbaycan səfiri Azər Hüseyn 20 yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı təşkil edilən abidənin açılışını əlamətdar hadisə adlandırıb.

 

Saqareco rayon icra hakimiyyətinin rəhbəri Georgi Kvirişvili çıxışında Gürcüstan və Azərbaycan dostluğunun sarsılmaz olduğunu bildirib: "Ölkələrimiz çox yaxın və dost, qardaş ölkədir. Bizim kədərimiz və sevincimiz də birdir. 1989-cu ildə baş verən 9 aprel və 1990-cı ildə baş verən 20 yanvar faciələri dövlətlərimizin tarixinə yazılan şanlı səhifələrdir. Biz şəhidlərimizi həmişə xatırlayacağıq!" icra başçısı bildirib.

 

Qeyd edək ki, 20 yanvar faciəsində 5 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlılar həlak olub, onlardan biri isə Qaraçöp kənd sakini  Ələsgər Qayıbov olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR