Şəkidə bıçaqlanan yeniyetmənin son durumu açıqlandı

Şəkidə bıçaqlanan yeniyetmənin vəziyyəti məlum olub.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 26.03.2025-ci il tarixində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 2009-cu il təvəllüdlü 1 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

"Şəxsə zəruri tibbi xidmətlər göstərilib və əməliyyata götürülüb. Hal-hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Şəki şəhərində 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı