Heydər Əliyev prospektində ağır qəza baş verib.
Metbuat.az Reporta-a xəbər verir ki, "BYD" markalı avtomobil kənar yoldan çıxaraq maneəni dağıdıb və tunel istiqamətinə aşıb.
Nəticədə avtomobil "Ford" markalı maşının üstünə düşərək onu aşırıb, həmçinin öz yolu ilə hərəkətdə olan bir neçə avtomobilə də ziyan dəyib.