Bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
07:51 20 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün 20 yanvar faciəsinin 25-ci ildönümür. Hər il olduğu kimi bu ildə paytaxtda insan axını yaşanacaq. Elə bu səbəbdən bir sıra qurumlar xüsusi iş rejiminə keçib. Artıq paytaxt yollarında sıxlıq yaşanır. Xüsusilə bu faciənin qurbanlarının uyuduğu Şəhidlər Xiyabanını ziyarət edənlərin ardı arası kəsilmir.

Ziyarətə gələnlərin təhlükəsizliyinin təmin olunması üçün bu gün bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. BŞDYPİ sürücüləri bu gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollara üstünlük verməyə çağırır.

20 yanvar ümumxalq matəm günü ilə əlaqədar ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti bu gün saat 12 00-da bir dəqiqələik dayandırılacaq, şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Bakı buxtasındakı gəmilər fit verəcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320692

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR