Sosial şəbəkələrdə qadının kişini döydüyü və təhqir etdiyi görüntülər yayılıb.

Metbuat.az xəbər verir ki, görüntülərdə qadının kişiyə qarşı fiziki və psixoloji şiddət etdiyi müşahidə olunur.

İddialara görə, videodakı qadın şəhid yaxınlarından biridir. Məlumata görə, Füzulidə baş verən hadisə kadrlardakı kişinin şəhidin fotosuna qarşı nalayiq davranış sərgiləməsinə cavab olaraq baş verib.

Sosial şəbəkə istifadəçiləri arasında hadisəyə münasibət birmənalı olmayıb. Bir qrup şəhid ailəsinin davranışını müdafiə edərkən, digər qrup baş verənləri hüquqi və əxlaqi baxımdan qəbuledilməz hesab edib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir.

Sevinc İbrahimzadə / Metbuat.az