Havaların getdikcə isinməsi ilə ictimai nəqliyyatda kondisioner məsələsi yenidən gündəmə gəlib. Bəs bu ilə avtobuslarda kondisionerlər nə vaxt işə salınacaq?
“Bakubus MMC”dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “BakuBus”ın istismarında olan bütün avtobuslarda keyfiyyətli ictimai nəqliyyat xidmətinin təmin olunması məqsədilə iyun ayının 15-dən etibarən kondisioner sistemləri aktivləşdiriləcək.
“Hava şəraitinə uyğun olaraq, əgər temperatur normadan artıq dərəcədə yüksələrsə, sərnişin rahatlığını təmin etmək məqsədilə kondisionerlərin istifadəsi qrafikdən daha tez tarixdə də başlana bilər”, - deyə məlumatda qeyd olunub.
Sevinc İbrahimzadə / Metbuat.az