Bakının bəzi ərazilərində infrastruktur və yaşayış şəraiti müasir tələblərə cavab vermir. Bu yerlərin yenilənməsi zəruridir.

Əmlak eksperti Ramil Osmanlı Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələ Baş Planda nəzərdə tutulub:

“Bakı şəhərinin mərkəzində yerləşən, ötən əsrin əvvəllərində və ortalarında inşa olunmuş bir və iki mərtəbəli fərdi yaşayış evlərindən ibarət yaşayış massivləri Yasamal, Kubinka, Montin və digər bu kimi ərazilərdədir ki, həmin yerlər həm infrastruktur, həm də yaşayış imkanları baxımından yenilənməyə ciddi ehtiyac duyur”.

R.Osmanlının sözlərinə görə, Baş Planın icrası çərçivəsində, xüsusilə paytaxtın mərkəzində və mərkəzə yaxın ərazilərində infrastrukturun tam şəkildə yenilənməsi vacibdir:

“Təbii ki, infrastrukturun yenilənməsi digər sahələrdə də - söküntü işləri və s. məsələlərin zərurətini ortaya çıxarır”, - deyə o qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az