Füzuli rayonunun Bala Bəhmənli kəndində yanğın olub.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və bitişik sahəsi 90 m² olan talvarın taxta atmaları 40 m² sahədə yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.