Məşhur onlayn alış-veriş mağazası olan "Umico"nun adının dəyişdirilməsi məsələsi gündəmə gəlib.

Metbuat.az-ın məlumatına görə, bununla bağlı marketoloq Nicat Manafov sosial media hesabında paylaşım edib.

O, "Umico"nun yeni adının "BirMarket" olacağının gözlənildiyini bildirib.

Məsələ ilə bağlı Metbuat.az "Umico"ya sorğu ünvanlayıb.

"Umico"dan sorğumuza cavab olaraq bildirilib ki, hazırda brendin yenilənməsi üzərində çalışılır və bütün təfərrüatlar barədə rəsmi kanallar vasitəsilə məlumat veriləcək.

"Bütün xidmətlər müştərilər üçün adi qaydada fəaliyyət göstərir", - deyə açıqlamada qeyd olunub.

Sevinc İbrahimzadə / Metbuat.az