Saatlıq əməkhaqqı sisteminin tətbiqi, eyni dəyərli əməyə görə bərabər maaşın ödənilməsi sistemlərinə keçid üçün Əmək Məcəlləsinə ediləcək dəyişiklik hökumətdə razılaşdırılmaq məqsədi ilə Nazirlər Kabinetinə təqdim olunub.
Metbuat.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, yeni mexanizmin tətbiq olunması, əməkhaqqının aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq:
Təbii ki, bu zaman meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq əməkhaqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum ödənişlər həm də aylıq əməkhaqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son mərhələ razılaşdırmalardan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əməkhaqqı sistemində bir yenilikdir".