Türkiyədə "erməniyə dönənlər" polislə dalaşdılar

Türkiyədə "erməniyə dönənlər" polislə dalaşdılar
09:47 20 Yanvar 2015
102 Dünya
Ölkə mətbuatı
A- A+

Polis ədliyyə nazirliyinin binası qarşısında toplaşan etirazçılara müdaxilə edib
Türkiyədə 8 il əvvəl öldürülən erməni əsilli jurnalist, “Aqos” qəzetinin baş redaktoru Hrant Dinkin anım günü zorakılıqlarla yadda qalıb.

Anspress-in məlumatına görə, paytaxt Ankarada Hrant Dinkə ədalət şüarları altında yürüş baş tutub. Aksiya zamanı bir qrup fəal ədliyyə nazirliyinin binası qarşısında toplaşıb. Təhlükəsizlik qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq, aksiyaçılar nazirliyin binası qarşısını tərk etməyiblər. Sonda tərəflər arasında qarşıdurmalar olub. Polis təzyiqli su ilə aksiyanı dağıtmağa çalışıb. Qarşıdurmalar zamanı polisə müqavimət göstərən bir neçə nəfər həbs edilib.

Aksiyada fəallar əllərində “Hamımız Hrant Dinkik”, “Hamımız erməniyik” şuarları ilə çıxış ediblər.

Həmçinin aksiyada erməni dilində plakatlar da diqqətdən yayınmayıb.

2007-ci ildə milli zəmində baş verən cinayətdə şübhəli bilinən şəxs Ogün Samast 22 il 10 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Hrant Dinkin 2002-ci ildə Urfa vilayətində keçirilən konfransında çıxışı zamanı “Mən türk deyiləm, türkiyəliyəm, milliyətim isə ermənidir” sözləri əksəriyyət tərəfindən türklüyün təhqir olunması kimi qəbul edilmişdi. Hrant Dinkin özünə bu sözlərinə görə 3 il həbs cəzası verilmiş, daha sonra bəraət almışdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR