Tələbə qəbulunda yenilik: ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək

Tələbə qəbulunda yenilik: ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək
09:52 20 Yanvar 2015
916 Sosial
Ölkə mətbuatı
A- A+

Təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət veriləcək.

Azərbaycanda təhsil sisteminin tənzimlənməsinin və dövlət təhsil sektorunun idarə edilməsinin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində atılacaq addımlar müəyyənləşib.
 
APA-nın məlumatıma görə, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”ına əsasən Nazirlər Kabineti 2015-2016-ci illər ərzində mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanması və təsdiq üçün təqdim olunmasını təmin etməlidir.
 
Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə 2016-cı ildən başlayaraq, mütəmadi ali və orta ixtisas təhsili müəssisələrinə yeni qəbul və yerləşdirmə mexanizmini tətbiq etməlidir. Eyni zamanda Təhsil Nazirliyi 2016-cı ildə təhsil müəssisələrinin reytinq sisteminin yaradılmasını, Nazirlər Kabineti və Təhsil Nazirliyi 2018-2020-ci illər ərzində təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyətin verilməsinin normativ hüquqi bazasının yaradılmasını təmin etməlidir.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR