Gənc Psixoloqlar Birliyinin üzvü, Siyəzən şəhər 6 nömrəli məktəb-liseydə psixoloq vəzifəsində çalışan Narxanım Ağamalıyeva vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Narxanım Ağamalıyeva bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Narxanım Ağamalıyeva xərçəngdən əziyyət çəkirdi.

Ailəli idi, bir azyaşlı övladı var.

Allah rəhmət eləsin!