“Şaxtyor Donetsk”in baş məşqçisi Arda Turan Türkiyə millisinin təklifinə cavab verib.
Metbuat.az xəbər verir ki, Vinçenzo Montella ilə yollarını ayıran Türkiyə Futbol Federasiyası (TFF) millinin baş məşqçisi postu üçün Arda Turanın namizədliyini nəzərdən keçirib. “Sabah” nəşrinin məlumatına görə, məsələ TFF rəhbərliyinin toplantısında müzakirə olunub və Ardaya təklif irəli sürülüb. Ailəsi ilə məsləhətləşən Arda Turan Türkiyə millisinin baş məşqçisi olmaq ehtimalını dəyərləndirib. Onun ilk görüşdə “Klubum ayrılmağımı istəməz, mən də müharibə davam edərkən onları yarı yolda qoymaram” dediyi qeyd olunub.
TFF rəhbərliyinin Arda Turana həm klubda, həm də milli komandada işləmək variantını təklif etdiyi də bildirilir. Gənc mütəxəssisin bu təklifi nəzərdən keçirdikdən sonra Ukrayna klubu ilə danışıqlar aparacağı iddia edilir.