Azərbaycanın Ticarət və Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında imzalanmış Anlaşma Memorandumu mübadilə edilib.

Metbuat.az xəbər verir ki, sənədin mübadiləsi Bakıda keçirilən Azərbaycan-Kamboca Biznes Forumu çərçivəsində baş tutub.

Anlaşma Memorandumu iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi, ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı biznes imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır.