Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb.

    Qeyd edək ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib.

    2000-ci ildən "Güc formulu" teleserialının müəllifi və aparıcısı olan Mixail Rusiyanın əməkdar mədəniyyət işçisi (2001) və əməkdar jurnalistidir.