Qazax sement zavodunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Qazax sement zavodunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
10:58 20 Yanvar 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+


Qazax, 20 yanvar, AzərTAc
Qazax sement zavodunda 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə zavodun yerləşdiyi Daş Salahlı kəndində yaşayan şəhid ailələri də iştirak ediblər.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edənlər 20 Yanvar faciəsinin Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi olduğunu, ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlərin ailələrinin dövlətimiz tərəfindən ən yüksək diqqət və qayğı ilə təmin olunduqlarını söyləyiblər.
Şəhid ailələrinin üzvləri mərasimdə çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda zavod tərəfindən şəhid ailələrinə yardımlar edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazax_sement_zavodunda_20_Yanvar_sehidlerinin_xatiresi_anilib-826000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR