Bakı, 10 iyun, AZƏRTAC
“DəmirBank”ın “Uşaqların rəngli dünyası” adlı rəsm müsabiqəsi yekunlaşıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə 1-ci yer tutmuş 7 yaşlı İsrafilov Nahidə uşaq geyim mağazasına 100 AZN-lik, 2-ci yerin qalibi 5 yaşlı İsmayılova Aminə oyuncaq mağazasına 50 AZN dəyərində kuponlar, 3-cü yerin sahibi 7 yaşlı Quluzadə Aişəyə isə “Megafun” əyləncə mərkəzinə 2 saatlıq kart hədiyyə edilib.
Müsabiqədə 14 yaşınadək uşaqlar çəkdikləri rəsmlərlə iştirak edib. Qaliblər rəsmlərin bəyənilmə (like) sayına görə müəyyənləşib.
Ətraflı məlumatı http://www.demirbank.az/?/az/ saytından və bankın www.facebook.com/demirbank.az səhifəsindən əldə etmək olar.