Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Göyçay rayonunun Dövranlı kəndi ərazisində qeydə alınıb.

VAZ-2199 markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb. Nəticədə sürücü, 61 yaşlı Habil Talıbov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.