Romada 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırma aksiyası keçirilib

Romada 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırma aksiyası keçirilib
13:24 20 Yanvar 2015
78 Ölkə
Ölkə mətbuatı
A- A+


Roma, 20 yanvar, AzərTAc
Azərbaycan Tələbə Şəbəkəsi (ASN) Romada 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırma aksiyası keçirib. Əsas məqsəd Qanlı Yanvar hadisələrinin mahiyyətini Avropaya hazırkı nəslin daha tez və asan anlayacağı şəkildə çatdırmaq olub.
Romanın mərkəzi küçələrindən birində keçirilən aksiya həm xarici turistlərin, həm də yerli sakinlərin böyük marağına səbəb olub. Aksiya zamanı hər bir romalı üçün mədəniyyətin və incəsənətin əhəmiyyəti nəzərə alınaraq küçə incəsənətinə geniş yer verilib. 20 Yanvar hadisələri avropalıların diqqətinə “İphone Weather Forecast” proqramının üz qabığına edilmiş improvizasiyalarla çatdırılıb. Belə ki, yerdə yan-yana çəkilən iki rəsmin birində qanlı 20 Yanvar günü, gecə saatlarında azərbaycanlılara qarşı törədilən vəhşilik, havanın tutqun və buludlu, digər rəsmdə isə rahat və müstəqil yaşamağımız, hazırda havanın günəşli və parlaq olması əks etdirilib. İki rəsm arasındakı kəskin fərq 25 ildə yaşananların qısa icmalı xarakteri daşıyırdı.
Tədbirdə, həmçinin 20 Yanvar faciəsi ilə maraqlanan yerli sakinlərə və xarici turistlərə broşürlər paylanılıb, qətliamla bağlı ətraflı məlumat verilib.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri
Roma





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR