Fərhad Əliyevin ailəsində faciə

Fərhad Əliyevin ailəsində faciə
13:32 20 Yanvar 2015
526 Sosial
Ölkə mətbuatı
A- A+

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə ağır itki üz verib
Axar.az xəbər verir ki, keçmiş nazirin qardaşı Sudeyif Əliyev ürəktutmasından vəfat edib.

Sudeyif Əliyev uzun müddət ürək ağrısından əziyyət çəkib.

Yerli sakinlərdən aldığımız məlumata görə, ötən gün Südeyif Əliyev yaxın dostu olduğu bildirilən ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevin "20 Yanvar" filminin təqdimatında iştirak etmək üçün Bakıya gəlib və mərasimdə olub. Onun vəziyyətinin filmdən sonra ağırlaşdığı bildirilir. Hazırda kənd camaatı S.Əliyevin nəşinin kəndə gətirilməsini gözləyir.

Qeyd edək ki, Sudeyif Əliyev 1969-cu ildə Cəlilabad rayonunun Alar kəndində anadan olub. Beynəlxalq Bankın Cəlilabad rayon şöbəsinin sədri vəzifəsində çalışırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR