“Neftçi” komandası “Elazığspor” klubu ilə oyuna qara sarğı ilə çıxacaq

“Neftçi” komandası “Elazığspor” klubu ilə oyuna qara sarğı ilə çıxacaq
15:18 20 Yanvar 2015
177 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
“Neftçi” futbol klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirəcək.
AzərTAc xəbər verir ki, komandamız bu gün-yanvarın 20-də Türkiyənin “Elazığspor” klubu ilə qarşılaşacaq.
Oyundan əvvəl 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və futbolçularımız oyuna qara sarğı ilə çıxacaqlar.
Qeyd edək ki, “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev icarə əsasında “Elazığspor”da çıxış edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftchi_komandasi_Elazigspor_klubu_ile_oyuna_qara_sargi_ile_chixacaq-826078

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR