Türkiyənin tanınmış televiziya prodüseri və iş adamı Acun Ilıcalının geyimi diqqət çəkib.
Metbuat.az xəbər verir ki, Acun Ilıcalı jurnalist Fatih Altaylının proqramına qonaq olub. Veriliş zamanı onun gündəmlə bağlı açıqlamaları ilə yanaşı, geyim tərzi də müzakirə mövzusuna çevrilib.
Rahat və idman üslubunda geyinməsi ilə tanınan Ilıcalının proqramda geyindiyi ayaqqabının qiymətinin 17 min 999 Türkiyə lirəsi (təxminən 670 AZN) olduğu bildirilib. Təxminən 18 min lirəlik ayaqqabı sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub.
Bəzi sosial media istifadəçiləri bu məbləği bir cüt idman ayaqqabısı üçün olduqca yüksək hesab edib. Digərləri isə markalı idman ayaqqabılarının qiymətlərini və Ilıcalının maddi imkanlarını nəzərə alaraq, məbləğin qeyri-adi olmadığını yazıblar.
Qeyd edək ki, Acun Ilıcalı uzun illərdir əsasən köynək, şort və idman ayaqqabısından ibarət rahat geyim tərzinə üstünlük verir. O, televiziya fəaliyyətindən əlavə, futbol sahəsindəki investisiyaları ilə də tanınır. Ilıcalı İngiltərənin “Hull City” klubunun sahibidir.